Günel: "Elə bilirlər ki, oliqarx biri ilə ailə həyatı qurmuşam" FOTOLAR+VİDEO

Müğənni Günel Ələkbərova şəxsi həyatından bəhs edib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində söz açıb: "Elə bilirlər ki, oliqarx biri ilə ailə həyatı qurmuşam. Çoxları düşünür ki, sənətçilərin gözləri pulda, var-dövlətdədir. Amma mən sevgini seçdim. Ailə qurduğum şəxs çox da imkanlı biri deyil. Çalışıram ki, öz problemlərimi də ona yükləməyim. Pulumu özüm qazana bilirəmsə, niyə də işləməyim. Hər ailədə birlik olmalıdır. Çox imkanlı ailə başçısı olsaydı, mən də istərdim ki, evimin xanımı olum. Heç toylara, şou-proqramlara getməzdim. Bəzən verilişlərdə iştirak edib, səviyyəli xanım kimi tamaşaçıların qarşına çıxardım.

Amma həyat yoldaşım övladı üçün əlindən gələni edir. Çox gözəl atadır. Qızım da onu çox istəyir.

Onu da qeyd edim ki, ərimlə artıq 9 ildir ki, bir yerdəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə