Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qalib gəlməsi hələ də yerli şou-biznesdə qızğın müzakirələrə səbəb olur. SİA-ya açıqlama verən tanınmış müğənni Xatirə İslam Azərbyacanın qalib gəlməsini əvvəlləcədən hiss etdiyini bildirib: "Hələ mayın 14-ü səhər İctima Televiziyanın efirində olan zaman mütləq qalib gələcəyimizi bildirmişdim. Aparıcı belə proqnoz verməklə risk etdiyimi dedi. Amma mən hansısa daxili hissimlə əmin idim ki, qələbə bizimdir. Axı mənim "ayağım yüngüldür" və getdiyim yerlərdə hər şey yaxşı olunır. Eldarla Nigar həqiqətən də birinciliyə layiq idilər. Onların buna nail olmalarına çox sevinirəm! Bundan sonra bütün proqnozlarla bağlı mənə müraciət edə bilərsiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB