Müğənni Manana prodüserindən niyə ayrılıb?

Müğənni Manana prodüserindən niyə ayrılıb?

Azərbaycanın əməkdar artisti, müğənni Manana Caparidze prodüseri Aqşinlə ayrılmasının səbəblərindən danışıb. SİA-ya açıqlama verən müğənni bu sözləri deyib: "Aqşinlə bir neçə il birgə işləmişik və bir-birimizə bacı-qardaş olmuşuq. Amma o, heç vaxt prodüserdən tələb olunan işləri yerinə yetirməyib. Aqşin üçün yalnız əyləncə vacib idi. Mənim üçün isə ilk yerdə yaradıcılığım dayanıb və dayanır. Aqşində qəbul edə bilmədiyim çox çatışmazlıqlar var idi və bu üzdən də ayrılmalı olduq. Amma biz indi də dost olaraq qalırıq".

İfaçı yaxın vaxtlarda pərəstişkarlarına çoxsaylı sürprizlər edəcəyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə