Aqşin onları təhqir etdi: "Qucaqdan-qucağa gəzib, hansısa məmurların hesabına..." VİDEO

Aqşin onları təhqir etdi: "Qucaqdan-qucağa gəzib, hansısa məmurların hesabına..." VİDEO

Müğənni Aqşin Fatehin Türkiyədə "On10 TV" "YouTube" layihəsində Serkan Aksarın qonağı olub. SİA-nın məlumatına görə, onun proqramda "Azərbaycanın Tarkanı" kimi təqdim edilməsi müzakirələrə səbəb olub. Aparıcılar, müğənnilər ifaçı ilə bağlı paylaşım edərək, onu lağa qoyublar.

Aqşin məsələ ilə bağlı video açıqlama yayıb. O, ünvanına təhqir yazan aparıcı və müğənniləri hədələyib: "Məsələdən xəbərləri olmayan üzdəniraqlar mənə təhqir yazırlar. Hətta sənətim olsa belə, özümü bir cinsiazlıqla müqayisə etmərəm. Tarkan yox, dünyanın meqastarı olsa belə onun kişiliyi yoxdursa, dırnağımın çirki ola bilməz. Girib baxıram ki, əxlaqsız qadın ifaçılar, üzdəniraq aparıcılar məni ələ salırlar. Gedin özünüzə yiyəlik edin. Kimin necə olduğunu millət bilir. Hər zaman abrımı gözləmişəm, amma sataşmayın. Hansınız haqda nə məlumat, fakt var, sosial şəbəkədə paylaşaram. Qucaqdan-qucağa gəzib, hansısa məmurların hesabına efirlərdə, sosial şəbəkədə dolanırlar. Onları da yavaş-yavaş təmizləyirlər. Sizin sponsorlarınız vəzifəlilər ola bilər. Amma yetimin də Allahı var".

Videoya linkdə baxa bilərsiz: https://www.instagram.com/tv/CMgngrcJglG/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə