Əlikram Bayramov: "Mənə deyirlər ki, arvaddan qorxursan" VİDEO

Əlikram Bayramov: "Mənə deyirlər ki, arvaddan qorxursan" VİDEO

Müğənni Əlikram Bayramov xanımı ilə boşanması xəbərinə münasibət bildirib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb: "Sabirabadda toyda idim. Yaşlı bir kişi mənə yaxınlaşdı və dedi ki, yaxşı oxuyursan, mehriban müğənnisən. Amma yaman arvaddan qorxursan. Onun bu sözlərinə cavab verə bilmədim. Öz-özümə düşündüm ki, mənim xanımımdan qorxmağımı harda görüb.

Həmin fikirdə olan insanlara demək istəyirəm ki, mən həyat yoldaşımdan qorxmuram. Sadəcə olaraq biz kişilər xanımlarımıza hörmət etməliyik. Bir kişi öz xanımına hörmət bəsləmirsə, demək ki, heç ətrafındakılara belə xoş münasibətdə deyil. Ona görə kişilərdən xahiş edirəm xanımlarınıza hörmət edin.

Onu da qeyd edim ki, 30 ildir ailəliyəm. Heç vaxt xanımımdan ayrılmaq haqqında düşünməmişəm. Eyni zamanda mənim boşanan vaxtım deyil. 11 aydır evə 1 qəpik pul gətirmirəm. Amma həyat yoldaşım bir dəfə də olsun şikayət etməyib.

Əlikram duet ortaqları xanımlarla sevgi münasibəti yaşayan sənətçilərə də söz atıb: "Duet ortaqlarımız xanım olanda dərhal deyirlər ki, aralarında sevgi münasibəti var. Onu da deyim ki, "Od olmayan yerdən tüstü çıxmaz" (gülür) ".

Bütün xəbərlər Facebook səhifəmizdə