İzləyicisindən Manaf Ağayevə: "Qələt eləmişəm, bağışla"

İzləyicisindən Manaf Ağayevə: "Qələt eləmişəm, bağışla"

Müğənni Manaf Ağayev ona irad bildirən sənətçidən söz açıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində bəhs edib: "Mənə Xalq artistlərindən Arif Babayev, Mənsum İbrahimov, Alim Qasımov və ya savadlı gənc müğənnilər irad bildirsə, xətrimə dəyməz. Məndə nəyisə bəyənməyib, efirdən kənarda söz deyən sənət yoldaşlarım var. Amma bəzən elə ifaçılar mənə irad bildirir ki, özünün musiqidən xəbəri yoxdur. Hətta öz kimliyini unudub. Yaxın günlərdə bir ifaçı vardı, ortaya çıxmışdı. Haqqımda lazımsız danışırdı. Amma günah onda yox, aparıcıda idi ki, ona mən haqda sual verirdi. Həmin müğənninin nə ailəsi, nə nəsli, nə səsi, nə də insanlığı var. Bu cür insan barəmdə nə rəy bildirə bilər. Mən də həmin sənətçiyə cavab verdim. Amma sonra düşündüm ki, çox səhv etmişəm. O, müğənniyə demək istəyirəm ki, fikir bildirəndə gör kimin arxasında danışırsan. İnsan özünə kənardan baxmağı bacarmalıdır. Allaha şükürlər olsun ki, mən də bunu bacarıram.

Mən göz qabağındayam. Sənətçi kimi orta oxuyuram. Pis ifaçı olsam camaat məni toyuna dəvət edər?!"

Ağayev onu sosial şəbəkədə təhqir və tənqid edən insanlardan da danışıb: "Sosial şəbəkələrdə saxta profillərlə lazımsız sözlər yazırlar. Həmin kəslərdən birini axtarıb, tapdım. Mənə deyir ki, hamı pis rəy yazırdı. Mən də onlara qoşuldum. Qələt eləmişəm, bağışla. O, elə bildi ki, onu vuracam".

Bütün xəbərlər Facebook səhifəmizdə