Yenicə ana olan aparıcımızın övladı xəstəxanalıq oldu

Yenicə ana olan aparıcımızın övladı xəstəxanalıq oldu

Türkiyəyə köçən aparıcı Gülnarə Məmmədova ana olub. SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə məlumat yayıb: "20 günlük xəstəxana həyatım bitdi. Evə gəldim, amma canımın yarısı, oğlum Mirac xəstəxanada qaldı. Yenə də yüksək təzyiq ucbatından həkimlər onu çox tez məndən aldılar. Dostlarım, dua edin. Ümid edirəm ki, ildırım eyni yerə iki dəfə düşməz. Çox çarəsiz, gücsüz, amma ümidliyəm".

Qeyd edək ki, Gülnarə 2018-ci ildə qızı Azranı itirib.

G.Məmmədova keçmiş ANS kanalında çalışıb. O, “Kamerton” verilişinin aparıcısı olub. Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub. Bu, onun ikinci nikahıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə