Yoxa çıxan azərbaycanlı aparıcıdan xəbər var: "14 saat əməliyyat olunmuşam" ÖZƏL

Yoxa çıxan azərbaycanlı aparıcıdan xəbər var: "14 saat əməliyyat olunmuşam" ÖZƏL

Aparıcı İlahə Nizamiqızı Azərbaycanı birdəfəlik tərk edib. SİA-ya bu haqda aparıcının özü məlumat verib: "Bildiyiniz kimi, hazırda pandemiya dövrüdür. El şənlikləri yoxdur. Toyların da nə vaxt açılacağı bəlli deyil. Ona görə də işsizlikdən bezdim və İstanbula köçməyə qərar verdim. Yenidən Bakıya dönmək fikrim yoxdur".

İlahə İstanbula getmə səbəbini də açıqlayıb: "Bura işləmək üçün gəlmişəm. Artıq İstanbulda işgüzar xanım kimi fəaliyyət göstərəcəm. Ailəmə yaxın olan insanın şirkətində çalışacam".

Aparıcı əməliyyat etdirdiyini də bildirib: "Pandemiyada toyların olmamasından istifadə edib, 9 saat bədən şəkilləndirmə əməliyyatı etdirdim. Bundan başqa 1 ay öncə üzümə görə də 5 saat əməliyyat masasına uzanmalı oldum. Belə ki, üzdartma, burun, yanaqlarımı əməliyyat yolu ilə düzəltdirdim".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə