Naibə Allahverdiyeva özündən yaşca kişik ərindən danışdı: "Onun 29 yox, 50 yaşı var"
Əməkdar artist Naibə Allahverdiyeva şəxsi həyatından bəhs edib. SİA-nın məlumatına görə, aktrisa verilişlərin birində özündən 6 yaş kiçik həyat yoldaşından danışıb: "Allaha şükürlər olsun ki, gözəl ailəm var. Bəzilərinin dediyinə görə, guya ərimin 29 yaşı var. Amma həyat yoldaşım məndən 6 yaş kiçikdir. 50 yaşı var. Sadəcə olaraq cavan görünür. Demək ki, ona yaxşı qulluq edirəm (gülür).
Onu qısqanmıram. Çünki yanımdan heç yerə getmir. Həyat yoldaşım çox təmiz adamdır. Mən bir dəfə də hiss etməmişəm ki, ərim hansısa bir xanıma gözünün ucu ilə baxsın. O, hər zaman mənə deyir ki, sən mənim üçün dünyanın ən gözəl və gənc qadınısan. Eyni zamanda deyir ki, mən elə bilirəm sənin 22 yaşın var. Həyat yoldaşım mənə bir dəfə deməyib ki, bu nə paltardır geyinmisən və ya bu saç düzümü sənə yaraşmır. Amma elə fikirli kişilər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB