Tanınmış aktyor vəfat etdi

Türkiyəli aktyor və rejissor Levent Niş 64 yaşında vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda yaxınları məlumat yayıb. Onlar bildiriblər ki, Levent xəstə olmayıb, qəfildən dünyasını dəyişib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yaydığı məlumatda "Türk teatrının dəyərli simalarından olan Levent Nişin vəfatına üzüldük. Ailəsinə və sənət dostlarına başsağlığı veririk" sözləri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə