Afət: " "Sığmazam" mahnısına görə heç bir efir mənə qadağa qoymayıb"

Afət: " "Sığmazam" mahnısına görə heç bir efir mənə qadağa qoymayıb"

Bəzi saytların yaydığı məlumata görə müğənni Afət Fərmanqızına "Həmin Zaur" proqramında "Sığmazam" mahnısını oxumağa icazə verilməyib. Xəbərdə deyilir ki, verilişə gələn sənətçiyə ARB TV qadağa qoyub.

SİA-nın məlumatına görə, məsələ ilə bağlı sənətçinin özü açıqlama verib: "Aparıcı Zaur Kamal idarə etdiyi proqramında zarafatla mənə dedi ki, deyəsən "Sığmazam" mahnısını efirlərdə oxumağa icazə vermirlər. Mən də ona yumoristik cavab verdim ki, artıq sözügedən bəstəni qonorrorla oxuyuram.

Onu da qeyd edim ki, "Sığmazam" mahnısını 10 gün bundan öncə Tarix Əliyevin (Tolik) verilişində ifa etmişdim. Bu bəstəni oxumağıma görə heç bir efir mənə qadağa qoymayıb. Bəzi saytlar yalan məlumatlar yazır. Həmin saytların rəhbərlərinə demək istəyirəm ki, xalqı çaşdırmayın.

Mənə kim o mahnının qadağa qoysa, məhkəməyə verib, udacam".

Bütün xəbərlər Facebook səhifəmizdə