Günel: "Allah qızımı mənə bağışladı, faciə ola bilərdi" VİDEO

Günel: "Allah qızımı mənə bağışladı, faciə ola bilərdi" VİDEO

Müğənni Günel Ələkbərovanın başına iş gəlib. SİA-nın məlumatına görə, bu haqda sənətçinin özü məlumat verib: "Allah məni saxladı. Dünən evimdə az qala yanğın baş verəcəkdi. Gecə qızımla yatmışıq. Xalam bizdə qonaq idi, yatmayıb. Burnundan əməliyyat olunduğu üçün iy hiss etməyib. Mətbəxə keçəndə görüb ki, qazdan tüstü çıxır. Güclə məni oyatdı. Oyananda gördüm burnum, boğazım quruyub. Özümü itirmədim, hər şeyi bağladım. Evdə qısqaqapanma olmuşdu. Faciə ilə nəticələnə bilərdi. Evdə xəbərdarlıq siqnalı yoxdur. Yatmış olsaydım, tək mənim evim yox, bina yanardı. Qazın içindəki tok yanıb, əriyib, az qalmışdı qaza keçə. Allah qızımı mənə, məni ona bağışladı".

Videoya bu linkdən baxa bilərsiniz:

https://www.instagram.com/tv/CMWN525JGsx/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə