Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşı və övladları ilə bağlı bəzi məqamlara toxunub. SİA-nın məlumatına görə, ifaçı ailəsi bağlı ilə etiraflar edib: "Qəlbim qırıldıqda, inciyəndə əsəbimin verdiyi ağrını bədənim hiss edir. Heç kim mənimlə bərabər bu ağrını yaşamır. Yoruluram, amma üzərimə düşən işlərimi həll edirəm. Hər gün tezdən oyanıram, uşaqlarımı, həyat yoldaşımı yola salıram, bütün işlərimi görürəm. Cansıxıcı bir şey yaşasam belə, gülümsəməyə davam edirəm. Yəni heç bir anadan, yoldaşdan, övladdan pis deyiləm.
Çox şükür, yoldaşım ehtiyacımız olan hər şeyi ala biləcək qədər qazanır və heç kimə möhtac deyilik. Bacara bildiyi qədər bizimlə maraqlanır, sevgi və diqqətini əsirgəmir. Hər şeyin mükəmməlinə deyil, bizə bəs edəcək qədərinə sahibik. Yəni, yoldaşım heç kimdən pis ər deyil.
Heç kimin həyatı, analığı, atalığı, övladlığı başqasından mükəmməl deyil. Millətin həyatına baxıb özümüzü günahlandırmaqdan və stresə girməkdən əl çəkək. Başqalarının həyatına, qazandığı pula hiddətlə baxıb, sərf etdiyimiz gücü, yanımızdakılara və sahib olduğumuz hər şeyə görə şükür edərək yaşasaq, daha xoşbəxt həyata sahib olarıq. Ailənə, uşağına, yoldaşına, bədəninə, gəncliyinə insafsızlıq etmə".
Qeyd edək ki, Ceyhun İzer adlı Türkiyə vətəndaşı ilə ailə quran İradənin iki övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB