Müğənni Kərim Abbasov pulsuzluqdan şikayətlənib. SİA-nın məlumatına görə, ifaçı pandemiya dövründə stress keçirdiyini dilə gətirib: "Pandemiya dövründə anladım ki, ən lazımsız sənət müğənnilik imiş. Ona görə ki, koronavirus dönəmində bir çox sahədə fəaliyyət göstərən insanların iş yerləri açıldı. Amma incəsənət adamlarının fəaliyyəti dayandırıldı. 1 il ərzində hər şey birdən bağlandı. Bu müddət ərzində borclar aldıq. Hazırda da mənim kimi bir çox müğənnilər var ki, düşünür ki, nə vaxt iş yerlərimiz açılacaq və borclarımızı geri qaytaracağıq. O qədər stress keçirirəm ki... Hamı kimi sənətçinin də evində problemi var. İncəsənət adamları da kredit ödəyir, evində xəstəsi var. Amma bəzi ağzıqaralar danışır ki, siz toya filan məbləğə gedirsiniz. Daha başa düşmür ki, mən toyu tək idarə etmirəm. El şənliyinə mənimlə yanaşı 25 nəfər musiqiçi gedir. Bunları başa düşən yoxdur. Həm də biz sənətçilər qazandıqlarımızın çoxunu sənətimizə, geyimlərimizə xərcləyirik.
Pandemiya dövründə belə bir qərara gəldim ki, müğənniyə mütləq şəkildə ikinci sənət lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB