Müğənni Mənzurə Musayeva şəxsi həyatından bəhs edib. SİA-nın məlumatına görə, ifaçı keçmiş həyat yoldaşından verilişlərin birində danışıb: "Keçmiş ərimə çox əziyyətlər çəkmişəm. Onun üçün nələr etməmişəm. Boşandığım həyat yoldaşıma gündə 3 dəfə yemək, şirniyyat bişirirdim. O günləri yadıma salanda fikirləşirəm ki, nə qədər ağılsız olmuşam. Hər şeyi ona qarşılıqsız etmişəm. Ərimə etdiklərimi halal eləmirəm. Çünki mənə qarşı çox haqsızlıqlar edib. Övladım olmadı deyə həyat yoldaşımla ayrıldıq. Amma sevib, ailə qurmuşduq. Ondan sonra yenidən ailə qurmadım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB