Xalq artisti Canəli Əkbərovun doğum günü olub. SİA-nın məlumatına görə, onu təbrik etmək üçün həmkarı Gülyanaq Məmmədova həyat yoldaşı ilə birgə muğam ifaçısının evinə ünvanlanıb.
Gülyanaq xanım C.Əkbərovun evində çəkdirdiyi fotoları sosial media hesabında yayımlayıb və bu sözləri qeyd edib: "Sizin və bütün xalqımız üçün dəyərli bir gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür və sağlam həyat arzulayıram. Əziz, ustadım, ad gününüz mübarək".
Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov dəfələrlə xəstəxanalıq olub. Həkimlər ona ürək insultu diaqnozu qoyub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB