İndi də Nazəninlə küsüb, Təranə ilə barışdı

İndi də Nazəninlə küsüb, Təranə ilə barışdı

Müğənnilər Manaf Ağayevlə Nazəninin arasında soyuq yellər əsib. SİA-nın məlumatına görə, bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) idarə etdiyi verilişində deyib. Tolik bildirib ki, M.Ağayev Nazəninə görə danışmadığı həmkarı Təranə Qumralla barışıb.

Təranə Manaf haqqında bu sözləri dilə gətirib: "Manaf özünə 50 illik yubiley edəndə, bizi çağırmadı. Çox qırıldım. Amma tədbirlərin birində qarşılaşanda ona bu haqda sual verdim. Dedim, nəsə olmuşdu, bizi ad gününə çağırmadın? Durdu baxdı, dedi ki, ilk dəfədir cavab tapmıram".

Tolik isə Manaf Ağayev və Afət Fərmanqızının Nazəninə görə bir vaxtlar Təranə ilə danışmadığını, indi isə barışdıqlarını söyləyib. O deyib ki, Manafla Nazənin hazırda danışmır.

Təranə "Həmin xanım sənət aləmində çoxları ilə danışmır. Deməli, problem onun özündədir" sözlərini əlavə edib.

Qeyd edək ki, Nazəninlə Təranə arasında qalmaqal fəaliyyəti dayandırılan ANS telekanalında proqramlardan birində başlamışdı. Tərəflər bir-birini təhqir etmiş və məhkəməyə vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə