Ard-arda valideynlərini itirən Əməkdar artist Səlim Abbasov onların ölüm səbəbindən danışıb. SİA-nın məlumatına görə, ifaçı qeyri-peşəkar həkimlərdən də gileylənib: "3 gün içində atam və anam vəfat etdi. Allah heç bir ailəyə belə dərd göstərməsin. Valideynlərim şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Onlar koronavirus xəstəliyinə yoluxmamışdı. Yalandan Covid 19-u mənim adımla reklam etməyin. Ata və anamın elə problemi yox idi.
Allah qeyri-peşəkar həkimlərin bəlasını versin. Valideynlərim belə ölümə layiq deyildi.
Sonda mənə baş sağlığı verən bütün dostlarıma təşəkkür edirəm. Allah bütün ölənlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Allah yerdə qalan valideynlərə can sağlığı versin".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB