Güneli Maykl Ceksona oxşadanlara sərt CAVAB

Güneli Maykl Ceksona oxşadanlara sərt CAVAB

Türkiyədə fəaliyyət göstərən və orada yaşayan müğənni Günel Zeynalova sosial şəbəkədə izləyicilərinə sərt cavab verib. SİA-nın məlumatına görə, sənətçi "İnstagram"ın hekayə bölməsində estetik əməliyyatları ilə bağlı mənfi fikirlər yazan şəxsləri bloka etdiyini bildirib: "Bir video paylaşdım, "Maykl Ceksona oxşamısan", "Niyə bu qədər estetik əməliyyat etdirmisən" kimi şərhlər yazıblar. Mən də onların hamısını blokladım. Özünüzü yorub yazmayın, əllərimə yazığım gəlir. Sildiyimə görə əllərim yorulur. Yoxsa, problem yoxdur. Belə şeylərə fikir vermirəm. Mən məmnunam".

Bütün xəbərlər Facebook səhifəmizdə