10 il əvvəl xərçənglə mübarizə aparan aparıcı: "İnanmazdım ki..."

Aktrisa Zümrüd Qasımova 10 il əvvəl xərçənglə mübarizə aparmasından söz açıb. SİA-nın məlumatına görə, aktrisa həyatın çətinliklərindən bəhs edib: “3 mart 2010-cu il - ikinci dəfə dünyaya gəldiyim gündür. Həyatımın dönüş nöqtəsidir. Hisslərimi ifadə etmək üçün kəlmələr acizdir, bunu ancaq yaşayan bilər.

Zaman sənə hər şeyi olduğu kimi qəbul edib, yaşamağı öyrədir. 10 il bundan əvvəl mənə desəydilər ki, hələ 10 ildə yaşayacaqsan, inanmazdım...

Allah yaşadanda yaşadır. Hər zaman ürəyimdə Allaha, insanlara, bütün canlılara qarşı sevgi ilə yaşadım. Yaşayıram da. Şükr edərək, gülərək, sevərək. Həyat bütün çətinlikləri ilə gözəldir”.

Bütün xəbərlər Facebook səhifəmizdə