"Zaman keçdikcə əvvəlki saflıq, insanlara inam qalmır"

"Zaman keçdikcə əvvəlki saflıq, insanlara inam qalmır"

Rəqqasə Fatimə Fətəliyeva insanların mənəvi dəyərlərindən bəhs edib. SİA-nın məlumatına görə, rəqqasə ilginc sözlər səsləndirib: "Zaman bəzən hər şeyin dərmanı olmur. Bəzən çox şeyi bizdən alıb, aparır. Bəzilərindən sevdiklərini, təmizliyini, saflığını, uşaqlığını alır. Bəzən də kiminsə ağrılarını, acılarını, əzablarını alıb aparır. Amma bir şeyi yaxşı dərk edirəm ki, zaman keçdikcə əvəlki saflıq, insanlara inam qalmır. İnsan günü-günden öyrənir və öyrəndikcə nələrisə itirir. Bəzən hər şey üçün çox tez və ya gec olur".

Bütün xəbərlər Facebook səhifəmizdə