"Eurovision 2021"də bu dəyişikliklər olacaq

Beynəlxalq musiqi müsabiqəsi "Eurovision 2021"in koronavirusa görə hansı formatda keçiriləcəyi açıqlanıb. SİA-nın məlumatına görə, bu haqda yarışmanın rəsmi saytında məlumat yerləşdirib.

Bildirilib ki, Rotterdamda keçirilməsi planlaşdırılan müsabiqədə nümayəndə heyətləri, jurnalistlərin sayı azaldılacaq. "Ahoy Rotterdam" konsert zalına isə tamaşaçıların buraxılması haqda isə hələlik dəqiq qərar verilməyib.

Qeyd edək ki, mayın 18-dən 22-nə kimi nəzərdə tutulan yarışmada Azərbaycanı Samirə Efendi təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə