Xəstəxanalıq olan Rəmişdən xəbər var

Xalq artisti Rafiq Hüseynovdan (Rəmiş) yeni xəbər var. SİA-nın məlumatına görə, onun səhhəti haqqında həyat yoldaşı Güllü Hüseynova verilişlərin birində açıqlama verib: "Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin".

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

O, sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmazlığı, ağciyər problemindən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...