Nadir ələ saldı: "Koronavirusun bəylə gəlini görən gözü yoxdur"

Müğənni Nadir Qafarzadə pandemiyaya görə toyların keçirilməsinə 1 ildir icazə verilməməsini qınayıb. SİA-nın məlumatına görə, o, bu haqda fikirlərini belə izah edib: "Toylar üçün darıxan var? Deyilənə görə, virus yalnız toyda yayılır, nə bilim. Virusun bəy və gəlini görən gözü yoxdur. Deyir, iti görüm, qurdu görüm, ancaq bəy-gəlini görməyim".

Bütün xəbərlər Facebook səhifəmizdə