Şəbnəm Tovuzlunun oğlu ilk dəfə efirdə FOTO

Müğənni Şəbnəm Tovuzlu verilişlərin birinə qatılıb. SİA-nın məlumatına görə, proqram zamanı maraqlı anlar yaşanıb. Belə ki, verilişin aparıcısı Zaur Kamal qəfildən ifaçının oğlu Əlini studiyaya gətirib və üzünü göstərib.

Şəbnəm oğlunun efirə gəlməsinə narazı olsa da, aparıcının təkidi ilə övladı verilişin sonuna qədər qalıb. Tovuzlu Əli haqqında bu sözləri dilə gətirib: "Oğlumun hələ 4 yaşı tamam olmayıb. Heç istəməzdim ki, efirdə üzü görsənsin".

Bütün xəbərlər Facebook səhifəmizdə