Diktordan qəbul etmədiyi gəlininə: "Oğlum bir gecənin bədnamı olub" VİDEO

Diktor Xalidə Gözəlin ailəsində problem yaşanıb. SİA-nın məlumatına görə, o, verilişlərin birində gəlini Nurxanımı qəbul etmədiyini açıqlayıb: "Qeyrətli qızı özümə gəlin edərəm. Oğlum böyük səhvə yol verib. İndi qarışmıram. Nə qədər sağam, o, gəlin evimə gəlməyəcək. Adama sual verərlər ki, mən və Davud (həyat yoldaşı - red.) ölmüşdü? Gəlib deyərdi, kasıbdır, heç nəyi yoxdur, bu qızla evlənmək istəyirəm. Oğlum bir gecənin bədnamı oldu. Kef çəkməyə gedib, boynunda qalıb. Qızın dayılarının təkidi ilə evləniblər. Davudun ürəyi də belə şeyə görə partladı. Bir oğul olsun, getsin belə hərəkət etsin?".

X.Gözəl nəvəsinin onun oğlundan olduğuna inanmadığını söyləyib: "Bəlkə uşaq da başqasındandır? Dedim, get dnt analizi gətir. O gedən getdi. Nə onu, nə oğlunu görmək istəmirəm".

Nurxanım Xalidə Gözəlin dediklərini yalan adlandırıb: "Dayılarım onu qorxutmayıb ki, nikah olsun. Biz Bakıda yolda tanış olmuşuq. Nə özü, nə oğlu pis insan deyil, niyə belə ediblər? Mənə dedi ki, oğlum işləmir, get ata evinə, işləsin gələrsən. 12 ildir ata evimdəyəm. Xalidə xanım yalan danışır. Demişdi, nəvəmin 1 yaşında sizə toy edəcəm. Nəvəsi deyilsə, niyə gedib vəsiqəsini özü alıb? Onlardan heç nə istəmirəm, heç nələri də yoxdur. Bir briliyant vermişdilər, onu da oğlu iş üçün aldı. Vəliyətə dedim ki, gəl bizimlə yaşa, gəlmədi. Hətta boşanmaq da təklif etdim, ona da razı olmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...