Yalçın Rzazadənin oğlu: "İnana bilmirəm ki, atam artıq yoxdur"

Yalçın Rzazadənin oğlu: "İnana bilmirəm ki, atam artıq yoxdur"

Xəbər verdiyimiz kimi, Xalq artisti Yalçın Rzazadə vəfat edib. SİA-nın məlumatına görə, oğlu Mətin Rzazadə atası haqda danışıb: "Yalçın müəllimin 3 oğlu var. O, bizim üçün ata, dost, qardaş olub. Heç vaxt inanmırdım ki, Yalçın Rzazadə bir gün ailəsinin və sevənlərinin yanında olmayacaq.

Yalçın müəllim Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Türkiyəyə müalicəyə göndərilmişdi. Məhz Ölkə Başçımızın və Mehriban xanımın sayəsində Xalq artistinin ömrü uzandı və ailəsi ilə bir xeyli vaxt birgə oldu. Son 1 həftə ərzində Yalçın müəllimin səhhəti pisləşdi. Ailəmiz həmin günlərdə çalışdı ki, onun yanında olsun. Y.Rzazadə ilə çox vaxt keçirsin.

Onu da qeyd edim ki, Yalçın Rzazadə son nəfəsində 3 oğlunu yanına çağırdı və dedi ki, çox xoşbəxtəm".

Bütün xəbərlər Facebook səhifəmizdə