Moskvada doğulan və bir neçə il əvvəl macəra dalınca ABŞ-a kğç edən, amma Rusiyada elə də məşhur olmayan aktrisa Lyanka Qrıu bu günlərdə Hollivudda Avropanın ən yaxşı aktrisası kimi təqdim edilib. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, Mockvanı tərk etdikdən sonra uzun müddət idi ki, rusiyalı aktrisa ilə bağlı heç bir məlumat yox idi. Təbii ki, burada bəzi xarici layihələr istisna edilməlidir. Belə layihələrdən biri “Amerikalılar” serial idi ki, Lyanka serialın beşinci və altıncı mövsümlərində epizodik də olsa, rol ala bilmişdi.
Xatırladaq ki, Rusiyada olarkən Lyanka Qrıunin ilk rolu Belarusiya rejissoru Anastasiya Serqienin çəkdiyi 15 dəqiqəlik “Jay” qısametrajlı filmində olub. Film Şərqi Avropadan Nyu-Yorka köçmüş bir qızdan bəhs edirdi.
Yeri gəlmişkən bildirək ki, Lyankanın aktrisalığı Avropa Film Akademiyası tərəfindən də təqdir edilib. Bəlkə də elə bunu nəticəsidir ki, o, Hollivudda “Ayın ən yaxşı aktrisası” adına layiq görülüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB