"Çalışın insanların eyibini açmayın"

"Çalışın insanların eyibini açmayın"

Müğənni Elnarə Xəlilova bəzilərinə məsləhət verib. SİA-nın məlumatına görə, sənətçi bu fikirləri dilə gətirib: "Həyatda hər şey əslində insanın öz əlindədir. Yaradılışı, qisməti, dünyaya gətirəcəyi övladları və əcəli xaricində. Yəqin ki, hər hansı qüvvə tərəfindən yönəldiyimizi, idarə olunduğumuzu hər zaman hiss etmişik. İçimizdəki Allah isə bizim vicdanımızdır. Heç vaxt deməyin "heç vaxt". Çünki heç kəs heç vaxt heç nədən sığortalanmayıb. Heç vaxt özünüzə rəva bilmədiyinizi başqasına rəva görməyin, yetər. Çalışın heç kəsin haqqına girməyin. Çünki qul haqqı ödənməlidir. Çalışın heç vaxt heç kəsi qınamayın. Çünki qınadıqlarımız başımıza gəlməyənə qədər Allah bizim canımızı almaz. Çalışın insanların eyibini açmayın. Bir müsəlman digərinin eyibini bu dünyada üzünə vurmazsa, Allah da qiyamətdə onun eyibini üzü çıxarmaz. Çalışın Allahın yaratdıqlarına sevgi ilə yanaşasız. Bəzən təmənnasız sevin. Yaradan bizi sevdiyi kimi... Əşyaları, ağacları, bitkiləri, gülləri, heyvanları, quşları, balıqları və həşəratları da sevin. Çünki dünyanı sevgi xilas edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə