Cığatelin qaçırıldığı deyilən qızı əri ilə üzə çıxdı FOTOLAR

Cığatelin qaçırıldığı deyilən qızı əri ilə üzə çıxdı FOTOLAR

Xəbər verdiyimiz kimi, tanınmış şairə Cığatel İsaqızının qızı Leyla ərə gedib. SİA-nın məlumatına görə, şairənin qızı nişanlısına qoşulub qaçıb. Pandemiyaya görə cütlüyün toyu olmayıb.

Şairənin sözügedən qızı həyat yoldaşı ilə üzə çıxıb. O, haqqında danışılan sözlərə aydınlıq gətirib: "Artıq 5 aydır ki, Aşur bəylə ailə həyatı qurmuşam. Çox xoşbəxtik. Pandemiya olduğuna görə toy etmədik. Eyni zamanda koronavirus xəstəliyi olmasaydı da dəbdəbəli el şənliyi olmayacaqdı. Sadə nikah bağlayacaqdıq.

Bu haqda da heç bir sosial şəbəkə hesablarımda paylaşmadım. Kimin nəyinə lazımdır ki, mən ailə qurmuşam.

Onu da qeyd edim ki, Aşur bəy idmançıdır. Amma yaxşı səsi də var. Onun çox gözəl xasiyyəti var. Bəzi saytlar bizim haqqımızda yalan-doğru xəbərlər yazdılar. Lakin Aşur bəy öz humanistliyini göstərdi. Mən əsəbiləşdim, o isə əksinə məni sakitləşdirdi".

Leylanın həyat yoldaşı Aşur bəy tanışlıqlarından bəhs edib: "Leyla xanımı artıq iki ildir tanıyıram. Efirdə bir-birimizi bəyənmişik. Onun danışıq tərzi, xasiyyəti mənə xoş oldu. Leyla xanımın işlətdiyi cümlələr o qədər gözəl və dolğundur ki, ürəyimi fəth elədi. Ona görə də onunla ailə həyatı qurmağa razılıq verdim. Leyla xanımla çox xoşbəxtəm. Onun gözəl səsi də var. Səsinə də heyranam. Onu da xüsusi ilə qeyd edim ki, Leyla xanımın yanağında olan xal məndə də var (gülür). Bu da adi hal deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə