Türkan: "Pərviz mənim dostum deyil"

Müğənni Türkan Vəlizadə meyxanaçı və duet ortağı Pərviz Bülbülə haqqında danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb: "Pərviz mənim dostum deyil. Amma onun yaxşılığını ölənə qədər itirməyəcəm. Mənim üçün göydə Allah, yerdə Pərvizdir. Bugünkü vəziyyətdə bu səviyyədəyəmsə, onun səbəbkarı sözügedən meyxanaçıdır. Mən bundan sonra Pərvizlə duet oxusam və ya oxumasam da, ona minnətdaram. Allah iki balasını saxlasın.

Dostluğa qaldıqda isə rəfiqə elə bir varlıqdır ki, onunla bütün günü bir yerdə olursan. Bir-birinin evinə gedirsən, sirrin, dərdin bir olur. Sadəcə olaraq, zaman keçdikcə mən anladım ki, həyatda nə rəfiqə, nə də ki, dost var. Rəfiqə evdəki ana, ata, bacı, qardaşdır".

Bütün xəbərlər Facebook səhifəmizdə