Azərbaycanlı müğənni: "Gündəmdə qalmaq üçün açıq-saçıq geyinirəm" FOTOLAR
Müğənni Mina Hüseyn açıq-saçıq geyimlərindən söz açıb. SİA-nın məlumatına görə, ifaçı bu barədə verilişlərin birində danışıb: "Açıq-saçıq geyinən xanım deyiləm. Sadəcə olaraq gündəmdə qalmaq üçün o cür paltarlara üstünlük verirəm. Onu da qeyd edim ki, müğənninin bir dönəmi var ki, tamaşaçını özünə cəlb etmək üçün nəsə etməlidir”.
O, həmçinin sponsorunun olmadığını da vurğulayıb: "Mənim sponsorum yoxdur. Sponsorum ailəmdir. Onlar mənə dəstək olurlar. Heç bir sponsora ehtiyyacım yoxdur. Bir şərtlə sponsora ehtiyyacım ola bilər ki, hansısa bir şirkətlə müqavilə əsasında işləyim. Həmin şirkətin də maddi marağı olmalıdır ki, mənim üçün nəsə etsin. O, şirkətdə mənim sayəmdə pul qazansın".





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB