Safura yenidən səhnəyə qayıdır FOTOLAR

"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva müğənnilik sənətinə yenidən qayıdacaq. SİA-nın məlumatına görə, keçmiş müğənni bu haqda özü məlumat verib. O bildirib ki, hazırda yeni mahnı və albom üzərində çalışır.

Bunun üçün obyektiv qarşısına keçən Safurə fotosessiya da etdirib. S.Əliyeva yeni işlərini martda təqdim edəcəyini bildirib.

Qeyd edək ki, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Safurənin 3 övladı var. Cütlük İstanbulda yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə