Xatirə bundan sonra pul tələb edəcək

Xatirə bundan sonra pul tələb edəcək

Müğənni Xatirə İslam efirlərə çıxmaq üçün bundan sonra pul tələb edəcək. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü açıqlama verib: "Ölkəmizdə olan proqramların hər birini maddi tərəfdən təmin edən qrumlar var. Yəni efirə pul ödəyən sponsorlar... Düşünürəm ki, oradan aparıcılarımız, operatorlarımız, redaktorlarımız və bir çox insanlar qonarar aldığı kimi, o verilişlərdə olan sənət adamlarına da qonorar ayrılsın. Verilişlərimizin hamısını müğənnisiz təsəvvür etsək sizcə, maraqlı olar?

Dünyanın hər yerində məşhur insanlar efirə qonorar alıb gedir. İstərdim ki, inkişaf etmiş Azərbaycanımızda da bu cür olsun. Xüsusilə onu vurğulamaq istəyirəm ki, bu, aparıcılar və kanal rəhbərləri canım qədər sevdiyim insanlardır. Əminəm ki, heç vaxt mənim bu qərarımdan inciməzlər. Bu addım isə mənim iş prinsipimdir. Bu addımı ilk mən atıram, necə qarşılanacağını isə təxmin etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə