Rəhman küsülü olduğu həmkarı haqda: "Rəmişdən də önəmli işlərim var"
Gitara ifaçısı Rəhman Məmmədlini hazırda reanimasiyada olan küsülü olduğu Xalq artisti Rafiq Hüseynovu (Rəmiş) xəstəxanada ziyarət etmək üçün məcbur ediblər. SİA-nın məlumatına görə, Rəhman bu haqda verilişlərin birində danışaraq "Rəmişdən də önəmli işlərim var" dediyi fikirlərə də münasibət bildirib: "Mənə verilişlərin birindən zəng olundu ki, sizdən müsahibə almaq istəyirik, görüşək. Mən də razılaşdım. Görüş yerinə çatanda çəkiliş qurupu mənə dedi ki, Rəmiş müəllimi xəstəxanada ziyarət edək. Mən də dedim ki, reanimasiyada olan xəstənin yanına heç kimi buraxmırlar. Onlar mənimlə razılaşmadılar və xəstəxanaya getdik. Çəkiliş qrupu iki gitara ifaçısını da xəstəxananın həyətinə dəvət etmişdi. Onlar Rəmiş müəllimin qaldığı 5-ci mərtəbənin otağının pəncərəsinə doğru dayanıb, gitarada mahnı ifa edirdilər. Amma onların bu hərəkətinə xəstəxana etiraz etdi. Məni də orada 3 saat yarım gözlətdilər.
Mən də onlara son olaraq bildirdim ki, mənim bundan da önəmli işlərim var. Sabah evimdə çəkiliş olacaq, getməliyəm. Bu sözdən sonra bəzi jurnalistlər xəbərlərinə lazımsız və düzgün olmayan başlıq qoydular. Ayıbdır, utanın. Yəni mən bu qədər tərbiyəsizəm ki, özümdən böyüyə hörmətsizlik edim?!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB