Xalq artisti və Əməkdar artist Qarabağ haqqında filmə çəkilir VİDEO
Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” əsərinin motivləri əsasında bədii film çəkilir. SİA-nın məlumatına görə, Azərbaycan Film Akademiyasının istehsalı olan “Yox içində xarı bülbül” 12 seriyadan ibarətdir.
Ekran işində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı Ağabəyim Ağa və Qacar şahı Fətəli şah Qacardan bəhs olunur.
Layihənin adı isə Ağabəyim Ağanın yazdığı “Vətən bağı” şeirinin misrasından götürülüb. Filmdə baş obrazı Xalq artisti Pərviz Məmmədrzayev və Əməkdar artist Vəfa Zeynallı canlandırır. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Zaur Tahirsoydur.
Filmin tezliklə premyerası baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB