Faiq Ağayev də vaksin vurdurub FOTO

Xalq artisti Faiq Ağayev də Covid-19 əleyhinə peyvənd olunub. SİA-nın məlumatına görə, bu haqda müğənninin özü xəbər verib: "Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca, ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq. Bu dəfəsində hər şey artıq özümüzdən asılıdır. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq gərəkdir.

Yaxın günlərdə "Sinovac"ın 2-ci dozasını etdirmək üçün yenə də həkimlərə üz tutacağam. Bununla həm özümü, həm də ətrafdakıları yoluxmadan qoruyacağam. Siz də özünüz, sevdikləriniz, xalqımızın ümumi sağlam gələcəyi naminə canınızın qədrinə qalın, lütfən".

Bütün xəbərlər Facebook səhifəmizdə