Rusiyada məşhurlaşan azərbaycanlı bloqqer Hüseyn Həsənovun avtomobilini soyublar.
SİA-nın məlumatına görə, bloqqerin "Gelandewagen" markalı maşınının ön şüşələri sındırılıb və içərisindən əşyaları götürülüb.
Hüseyn oğurlanan əşyaların dəyərini açıqlayıb. O bildirib ki, oğrular ona 1 milyon rubl dəyərində ziyan vurublar.
Qeyd edək ki, Hüseyn avtomobilini Moskvada restoranlardan birinin qarşısında saxlayıb və görüşə gedib. Geri qayıdanda isə maşınının soyulduğunu görüb. Avtomobildən bloqqerə məxsus brend çanta, noutbuk, pul və sənədlər götürülüb. Polisə şikayət etməyən Hüseyn oğrunu özü tapmaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB