Röyadan Flora Kərimovaya cavab: "Başqalarına əsəbiləşib məni sıxmayın" FOTO

Röyadan Flora Kərimovaya cavab: "Başqalarına əsəbiləşib məni sıxmayın" FOTO

Xalq artisti Röya Ayxan Flora Kərimovanın onun ünvanına dediklərinə cavab verib. SİA-nın məlumatına görə, müğənni Kərimovanın videosunu "İnstagram"da yayımlayaraq bu sözləri qeyd edib: "Çox sevindim, əvvəlki kimi məni sevməyə başladınız. Rica edirəm ki, başqalarına əsəbiləşib məni sıxmayasınız. Ürəyimdə hamının bir yeri var. Sizə uzun ömür arzu edirəm".

Qeyd edək ki, F.Kərimova illərdir küsülü olduğu Röya ilə bağlı verilişlərin birində "Çox illər əvvəl o mənim qızıma dedi ki, anana yiyə dur. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım. Röyanın ürəyi var. Bilirsiniz o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallmaq istəyirsən. Onları xatırladır" sözlərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə