Xəbər verdiyimiz kimi, müğənni Vüqar Muradov futbol oynayarkən ayağını iki hissədən sındırıb. SİA-nın məlumatına görə, sənətçi bunun üçün əməliyyat etdirmək məcburiyyətində qalıb.
Əməliyyatdan sonra hazırda müalicəsini ev şəraitində davam etdirən Vüqarı aparıcı Lalə Əlimuxtarova övladları ilə ziyarət edib. Bu haqda xəbəri Lalə və Vüqarın özü xəbər verib. Belə ki, onlar sosial şəbəkədə fotolarını yayımlayıblar.
Sənətçi paylaşımında "Lalə balaları ilə qardaşını ziyarət etməyə gəlib" sözlərini qeyd edib.
Aparıcı isə paylaşımına bu sözləri əlavə edib: "Vüqar Muradov, Allah şəfa versin".
Hər iki məşhurun paylaşdığı fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB