İzləyicisi: "Hacının yox, çobanın arvadına oxşadın"
Hazırda Moskvada olan müğənni Şəbnəm Tovuzlu "İnstagram" səhifəsində çoban geyimində yeni şəklini yayımlayıb. SİA-nın məlumatına görə, orada konsertlər verən və toylara gedən ifaçı bəzilərinə söz atmaqdan da çəkinməyib: "Mənim hər kəsə bir arzum olub. Allahın verdiyi ruzini heç bir bəndə əngəlləyə bilməz və onun ucaltdığını kimsə əyə bilməz.
Günahsızın günahına girənin başından bəla heç vaxt əksik olmaz. Ona görə də əzizlərim hər zaman öz işimdəyəm. Allahıma hər gün şükür edirəm".
Onun çoban paltarındakı şəkli izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Hətta sosial şəbəkə istifadəçisinin biri Şəbnəmi ələ salaraq bu sözləri qeyd edib: "Bu şəkildə hacının yox, çobanın arvadına oxşadın".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB