30 yaşlı Günay: "Yaşadığım həyat mənim həqiqətimdir" FOTOLAR

30 yaşlı Günay: "Yaşadığım həyat mənim həqiqətimdir" FOTOLAR

Müğənni Günay İbrahimlinin doğum günü olub. SİA-nın məlumatına görə, yeni yaşını qeyd edən ifaçı özü haqda bu fikirləri dilə gətirib: "Mənim də hamı kimi həyat hekayəm var. Başqaları hekayə kimi görsə də, yaşadığım həyat mənim həqiqətimdir. Allaha, ailəmə və özümə güvənərək ömür pillələrimdə hər il qalxdım. Hər pilləm məni ucaltdıqca çox şeyi geridə qoydum. Yaradanın mənə əmanət verdiyi həyat yolunda bu pillədə dayandım....Nəfəsimi dərim qalxacam! Özü də dayanmadan... Üzü zirvəyə, ən yüksəyə dırmanacam. Çünki mən Günayam. Adımın mənası olan gün və ay zirvədədir. 30 yaş, xoş gəldin. Mənimlə bu yola hazırsan?"

Bütün xəbərlər Facebook səhifəmizdə