Brilliant Dadaşova: \"Görün nə qədər qazanıb ki, bu qədər vergi ödəyib\"
Əksər müğənnilər iddia edir ki, son illər Azərbaycan şou-biznesində irəliləyiş var. Avropaya, Türkiyə ilə ayaqlaşmasalar da, bir qədər yaxınlaşdıqlarını deyirlər. Azərbaycanın xalq artisti Brilliant Dadaşova isə həm yerli, həm də Türkiyənin şou-biznesindədir. SİA-ya açıqlama verən sənətçi bu barədə apardığı müşahidələrdən söz açdı: "Mən yeniliyi sənət adamının geyimlərində, klip çəkdirməyində görmürəm. Yenilik musiqidə, ərsəyə gələn mahnının aranjemanında olmalıdır. Hərdən yeni adda mahnılar eşidirəm və bu mənə köhnə musiqilərin prototipini xatırladır. Əsil yeniliyi mən musiqidə, mahnılarda görmək istəyirəm. Amma bu təkrarçılıqları mən yenilik olaraq qəbul etmirəm. Mənim üçün həmişə keyfiyyət amili önəmli olub. Bilirsiniz musiqini dinləyiciyə çatdırmaq üçün müğənni gərək sözün məcazi mənasında ac olsun. Tamaşaçı da onun mahnılarından qidalana bilsin.
Müğənni toy bazarına da toxundu: "Nə yaxşı ki bizdə xalq məclisləri, yəni, toylar var. Biz hələ ki, sovetin qalığını üzərimizdən yox edə, təzəni isə hələ yarada bilməmişik. Əslində müğənni çəkildiyi reklamdan, televiziya proqramından, konsertlər, diskllərin satışından pul qazanmalıdır. Bunların heç biri olmadığı üçün yeganə gəlir mənbəyi toylar qalır. Albomların aqibəti isə daha acınacaqlıdır. Külli miqdarda pul yatırılır, bir müddət sonra piratların buraxılışında satışa çıxarılır. Ünvanı təqdim edilən nömrəyə zəng vurursan telefon ömür boyu susur. Elə bil ki, disk qaranlıq bir dünyadan, naməlum bir obyektdən çıxıb gəlib. Bir də baxırsan ki, aylar, bəzən illərlə çəkdiyin zəhmət başının üstündən kiminsə mədəsinə yağlı tikə kimi ötürülür. Müğənni baxa-baxa qalır. Bir misal çəkim. Türk sənətçisi Seda Sayan son bir ildə 2 milyon dollar vergi ödəyib. O, sadalayır ki, reklam şirkətindən qazandığı puldan, televiziya kanalı ilə bağladığı bir illik müqavilədən, bir-iki filmdən, jurnallara müsahibəsindən - qeyd edim ki, bir jurnaldan 30 min, digərindən 50 min dollar alıb, müsahibə verib, fotoları çəkilib və bunların müqabilində də 2 milyon dollar vergi ödəyib. Görün nə qədər qazanıb ki, bu qədər vergi ödəyib! Biz nədən qazanırıq, sizin dediyiniz kimi toylardan. Bizim müğənnilər bu cür gəlirlə, ayaq üstə dayana bilirlər. Çünki sənətin tələbləri çoxdur. Əgər bir aranjemana 4-5 min manat pul ödəyirsənsə, bir klip çəkilişi üçün 15 min manat tələb olunursa, bir toydan qazandığın 8-10 min manat bunların hansına yetməlidir? Bu pul çox ehtiyaclara sərf olunur. Eyni zamanda da ailə dolandıranlar var. Adi bir mahnını meydana çıxarmaq üçün bir neçə proseslərdən keçir. Bunun hamısı pul deməkdir. 10 il əvvəl yeni mahnı bir sintezatorun imkanları çərçivəsində aranjeman olunurdusa, bu gün insanlar fərqli, yeni bir musiqilər eşitmək istəyirlər. İndiki sənətçilər istəyir ki, mahnı yazılarkən 20 skripkaçı çalsın, necə ki, mənim "Masal dünyam" albomumdakı kimi. Hələ digər alətləri demirəm. Hamısı pul tələb edir. Bir sözlə, burada yeni iş görmək üçün qazandığın pulları ancaq yaradıcılığına xərcləməlisən. Böyük işlər üçünsə daha böyük pullar lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



