Vüqar Muradovun ayağı sındı, əməliyyatlıq oldu FOTO

Vüqar Muradovun ayağı sındı, əməliyyatlıq oldu FOTO

Müğənni Vüqar Muradovun başına iş gəlib. SİA-nın məlumatına görə, ifaçı futbol oynayarkən ayağı iki yerdən sınıb. Bu haqda sənətçinin özü xəbər verib: "Futbol oynamaq istəyərkən ayağım 2 yerdən sındı. Bir də futbol oynamağa tövbə edirəm. Adama deyən lazım idi ki, 125 kiloyam, futbol oynamaq nəyinə lazımdır. Əsas nəfəsimiz sağlam gəlib, getsin qalanı düzələndir. Canınızı maksimum qoruyun. Can çox dəyərlidir

Az sonra əməliyyat olunacam. Allah hamıya kömək olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə