Tahir İmanov qadın obrazlarında danışdı

Tahir İmanov qadın obrazlarında danışdı

"Planeta Parni iz Baku" KVN teatrının rəhbəri, aktyor Tahir İmanov yaratdığı qadın obrazlarından söz açdı. SİA-ya açıqlama verən aktyor bu sözləri dedi: "Planet Parni iz Baku"nun televiziya proqramları olanda biz mütləq qadın obrazında həm geyim, həm də ki aksesuarlardan istifadə edirik. Amma Saraydakı çıxışılarımız zamanı nadir hallarda qadın geyimlərindən istifadə edirik. Bu da vaxt darlığında paltarları dəyişmək imkanımızın olmamasından irəli gəlir. Çünki elə aktyor var ki, hər səhnəcikdə çıxış edir. Nəzərə alın ki, bu KVN teatrıdır və janr bizə istənilən obrazda şərti çıxmağımıza imkan verir. Verilişlər isə birbaşa canlı üsniyyət vasitəsi olmadığından çəkilişlər arası geyimlərimizi dəyişməyə zaman tapırıq".


"Bu, yaşlı nəsil aktyorların qadın geyimləri ilə səhnəyə çıxan bugünkü nəsli tənqid hədəfinə çevirməsi zərurətindən irəli gəlmir?" sualına o özünə məxsus şəkilldə cavab verdi: "Bunu o adamlar deyir ki, ya bu sənətdə nəyisə bacarmayıblar, yada ki qocalıblar və yeni nəsilə paxıllıq edirlər. Maraqlısı odur ki, məsələni qaldıran həmin sənət adamları nə vaxtsa özləri də səhnədə qadın paltarı geyiniblər. Düşünmürəm ki, bu, teatr aləmində bir nömrəli problemdir. Bizim teatrın başqa böyük probelmləri var. Mən bu məsələnin mövzuya çevrilməsinin heç də tərəfdarı deyiləm. Mövzu birdəfəlik bağlanmalıdır! Aktyor özünü sənəti ilə məşhurlaşdırmalıdır. Hansısa bir qalmaqalla yox".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com