Müğənni Elton Hüseynəliyev karantin günlərində maddi durumdan əziyyət çəkdiyini dilə gətirib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Bundan əvvəl işləmişik, pul qazanmışıq. Sənət adamına ağlamaq yaraşmaz. İki avtomobilim var idi, birini satdım. Bir ay əvvəl satışa çıxardım. Üzülmədim, sevindim ki, əlimə pul gəldi. Maşının satılması dadıma da çatdı. 22 min dollara satdım.
Sənət dostlarım arasında Nadir Qafarzadə mənə yardım etdi. Biz ailə dostuyuq, mənə yardımı dəyib".
Elton onu da bildirib ki, Əməkdar artist Teymur Əmrah da evini satıb: "Bir gün qapı döyüldü, gördüm Teymur müəllim gəlib, cibi də dolu. Evi satıb, pulları da cibinə doldurub. Bir az mənə də yardım etdi. Deyirəm, niyə mənzilinizi satdınız? Deyir ki, vəziyyət yaxşı deyil, həm ucuz ev alım, həm də qara günə pul saxlayım. Amma yeni ev də aldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB