Tanınmış müğənni Nura Suri yerli şou-biznesin ən kaprizli müğənnilərdəndir. Gözəl imici ilə seçilən Nura elə hər zaman nədənsə narazıdır. Müğənni bu məsələ ilə bağlı SİA-ya açıqlama verib: "İndi müğənnilər bir-biriylə bəhsə girirlər. Mən düşünürəm ki, hər bir sənətçinin öz dəsti-xətti, geyim tərzi olmalıdır. Natəvan Həbibi özünü Aygün Kazımovaya oxşatmaq istəyir. Necə ola bilər ki, Aygün Kazımovanın sürdüyü maşının markası və rəngi Natəvan Həbibinin avtomobili ilə eynidir? Hamımız bilirik ki, Aygün Kazımova hər yerdə əlində güzgüylə görünür. Eynən həmin güzgüdən Natəvan Həbibi də gəzdirir. Brilliant Dadaşovanın həm xarici görünüşünü, həm də ifasını çox bəyənirəm. Mən yalnız onun pərəstişkarı ola bilərəm. Çünki Brilliant xanım sənətdə bizdən çox böyükdü. Gözümüzü açandan, şounu, yeniliyi bu xanımın ifasında görmüşük. Hətta Aygün xanımın sənəti haqqında da heç nə deyə bilmərəm. Çünki buna mənim ixtiyarım çatmır".
Müğənni sənəçilərin qalmaqal etməsinə də münasibə bildirib: "Bəziləri üçün mütləqdir. Bir müğənni var, onun adını çəkməyəcəm. Çünki bu onun üçün böyük bir reklam olardı. Həmin müğənni bilə-bilə ki, mən Funda Ararın mahnısını oxumuşam, hətta klip də çəkdirmişəm - o mahnını efirdə səsləndirdi. Sonra da deyir ki, mən bu mahnını Nuranın ifasında eşitməmişəm. Əgər oxumusansa, denən ki, Nuranın ifasında eşitdim, mən də oxudum. Mən sənətə gələndə özümə səhnə adı seçdim. Aynurə idim, Nura oldum. Soyadım da Suridi və qondarma deyil. Sadəcə, öz adımın ilk iki hərfini ixtisar etmişəm. Baxıram, indi vizajistlər də Nura olub. Gərək mən hamı ilə savaşım ki, niyə mənim adımı götürmüsüz? Gör-götür dünyasıdır, qoy məndən öyrənsinlər. Mən xarici sənətçilərə baxıb, nələrsə etmişəm. Bir sözlə, kiməsə baxıb, öyrənmişəm. Amma televiziyada veriliş aparmaq işində heç bir müğənni mənim kimi uğurlu ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB