Tünzalə Ağayeva: “Bu proses musiqimizdən də yan keçmədi”

Tünzalə Ağayeva: “Bu proses musiqimizdən də yan keçmədi”

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva həmkarlarının rok janrına qarşı etirazından danışıb. SİA-ya açıqlama verən Tünzalə xanım iddi edir ki, bu üsluba maraq çox azdır: "Bizdə sovetlər dönəmində rok musiqisinin bəlli dərəcədə aktivliyi olub. 90-cı illərdən - Azərbaycanın başına gətirilən müsibətlərdən sonra, bütün sahələrdə durğunluq hökm sürürdü. Bu proses musiqimizdən də yan keçmədi. Artıq bu gün bir çox rok kollektivlərimiz fəaliyyət göstərir. Əlbəttə, biz daxilimizdə baş verənləri doğru-düzgün şəkildə təqdim edə bilərik. Bunda da bir fayda olmalıdır. Sosial problemləri ortaya çıxarıb, insanları gözəlliyə çağırmaq lazımdır".


"Sizcə, bu təbliğatın faydası olacaqmı?" sualına əməkdar artist belə cavab verib: "Əlbəttə. Mən musiqiyə Səməd Vurğun yaradıcılığından başlamışam. Ardınca Mikayıl Müşfiqə, Mirvarid Dilbaziyə, Süleyman Rüstəmə, Əliağa Vahid yaradıcılığına müraciət etmişəm. Əsas məqsədim gənc nəslin maariflənməsində hansısa xidmət göstərməkdir. Elə gənclərimiz var ki, kitab oxumurlar. Bəlkə həmin gənclər klassikləri sevdiyi müğənninin ifasında öyrənə bilər. Heç olmasa ədəbi incilərimiz mahnıların vasitəsilə təbliğ olunsun. Mahnı janrının auditoriyası çoxdur. Musiqilərimizdə sosial problemləri ortaya qoysaq, böyük iş görmüş olarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com