Yeddi aydır həyat yoldaşı Zakirlə nikaha daxil olan müğənni Sevda Yahyayeva əri ilə yeni fotosunu sosial media hesabında yayımlayıb. SİA-nın məlumatına görə, fotoda cütlüklə yanaşı bir xanım da yer alıb.
İfaçı paylaşımına bu sözləri qeyd edib: "Azərbaycanın görkəmli həkimi Səyyarə xanım, doğum gününüz mübarək. Biz sizi çox sevirik".
Onun bu paylaşımı izləyiciləri ilə yanaşı, Türkiyədə yaşayan müğənni İradə İbrahimovanı çaşdırıb. Sənətçini sevənlər və həmkarı ondan fotodakı xanımın qayınanası olduğunu soruşublar. Yahyayeva isə onlara bu cavabı verib: "İradə İbrahimova, əzizim, təbrikin üçün təşəkkür edirəm. Qayınanam deyil. Çox yaxın ailə dostumuz və həyat yoldaşımın keçmiş müdirəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB