Röya peyvənd olundu YENİLƏNDİ FOTO

Röya peyvənd olundu YENİLƏNDİ
FOTO

Xalq artisti Röya Ayxan Covid-19 əleyhinə vaksin vurdurub. SİA-nın məlumatına görə, müğənni bu barədə "İnstagram" hesabında paylaşım edib.

"Bu gün könüllü olaraq peyvənd etdirdim. 21 gün sonra ikinci doza vurulacaq" deyə, Röya bildirib.

Belə faktlar haqlı olaraq cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Paytaxt üzrə vaksinasiya prosesinə Səhiyyə Nazirliyi nəzarət etdiyi üçün mövzu ilə əlaqədar quruma sorğu ünvanlanıb. Nazirlikdən bildirilib ki, bu məsələdə məsuliyyət həmin klinikaların öz üzərinə düşür:"Belə ki, özəl klinikalar müəssisələrində çalışan tibb işçilərinin sayını təqdim etməklə müvafiq sayda peyvənd alırlar. Lakin alınan peyvəndlərin tibb işçilərinə və ya digər şəxslərə vurulub-vurulmaması ilə bağlı məsuliyyət Səhiyyə Nazirliyinə deyil, birbaşa həmin klinikaların üzərinə düşür.

Vaksinasiya prosesi müvafiq qaydalara əsasən mərhələli şəkildə aparılmalıdır. Artıq o peyvəndlərin növbədən kənar şəkildə istifadəsi müşahidə olunursa, bununla bağlı müvafiq qurumlar araşdırma aparmalı və nəticələrə uyğun şəkildə tədbir görməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə